Xəbər verdiyimiz kimi, İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Hər iki tərəfdən itkinin olduğu bildirilir.Qaziler.az bildirir ki, millət vəkili Qənirə Paşayeva Tovuzda hal-hazırda gedən döyüşlə bağlı feysbuk hesabında paylaşım edib. Tovuzlu millət vəkili bunları yazıb: ”Allah ordumuza, əsgər və hərbçilərimizə yardımçı olsun! Dualarımız onlarladır!”