Məmmədyarovun tikinti biznesi və ya Azayev kimdir? - İlginc faktlar

Məmmədyarovun tikinti biznesi və ya Azayev kimdir? - İlginc faktlar backend

Dövlət Təhlükəsizlik Xidmətinin XİN-də həyata keçirdiyi anti-korrupsiya əməliyyatı ictimaiyyətə indiyə qədər bəlli olmayan bir çox həqiqətlərin üzərinə işıq saldı. İstintaqın gedişində daha ciddi nöqsan və pozuntuların üstünün açılacağı isə sirr deyil.

Qazilər.az-ın verdiyi xəbərə görə, sfera.az-ın redaksiyasına Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, eləcə də Xarici İşlər Nazirliyi Həmkarlar İttifaqı komitəsinin rəhbəri Elxan Azayevin müəllifliyi ilə həyata keçirilmiş tikinti "əməliyyatları" haqda ilginc faktlar daxil olub.

Həmin məlumatları təqdim edirik:

Qeyd edək ki, Elxan Azayev nazir Elmar Məmmədyarovun ən inanılmış kadrlarından sayılır. Görünür, elə buna görə də Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir.

Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.

Dövlət reyestri məlumatlarına görə qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir. Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı yalnız bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir.

Belə ki, şirkət daşınmaz əmlak bazarına bahalı mənzillər təqdim edir. Məsələn, "DİPLOMAT 2008" MTK tərəfindən Xarici İşlər Nazirliyinin arxasında, Yasamal rayonu 422-ci məhəllə, M.İbrahimov küçəsi 53 (Nizami metrosuna yaxin) ünvanında inşa edilmiş 20 mərtəbəli, 110 mənzilli binada 166 kv metrlik təmirsiz mənzil 600 min manat civarındadır.
Diaspora