Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə: Hamı belə etsə... - FOTO

Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə: Hamı belə etsə... - FOTO backend

Mingəçevirdə yas məclisləri ilə bağlı yeni bir ənənənin əsası qoyulub.

Pandemiya ilə əlaqədar olaraq yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyublar. İnsanların bir araya toplaşması koronavirusa yoluxma riskini artırdığından ürək çatışmazlığından vəfat etmiş həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini daha xeyirxah bir qaydada qeyd ediblər.

Belə ki, Zamanovlar ailəsi Mingəçevir şəhərində sərtləşmiş karantin qaydasına görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailəyə, şəhid və Qarabağ müharibəsi veteranlarının ailələrinə ərzaq yardımı paylayıblar.

Ailə, pandemiya ərzində hüzürü düşən hər kəsi qapalı məkanda yas məclisləri təşkil edib insanları riskə atmaqdansa, imkansız ailələrə dəstək olmaqla daha böyük savab qazanmağa çağırıb.

Zamanovlar ailəsinin bu təşəbbüsü şəhərin dini icması və əhalisi tərəfindən də təqdir edilib.

Baku.ws
Diaspora