İlham Əliyevin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

İlham Əliyevin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO backend

Prezidentin köməkçisi Hikmət Hacıyev ictimai nəqliyyatdan istifadə etdiyini sübut edən metro kartını göstərib.

Qazilər.az xəbər verir ki, Hikmət Hacıyev Operativ Qərargahın dünənki brifinqdə ictimai nəqliyyatdan istifadə etdiyini demişdi.

Ona sual verən jurnalistə: "əgər ehtiyac varsa, brifinqdən sonra avtobus kartını göstərə bilərəm” - demişdi.

O, sözünün üstündə durub və brifinqdən sonra avtobus kartını jurnalistə göstərib.

Jurnalist Gülşən Raufqızı həmin fotonu sosial şəbəkədə paylaşıb.

Qaynarinfo.az

Həmin fotonu təqdim edirik:
Diaspora