İdmançı siyasətçilərin və hüquq müdafiə təşkilatlarının Avropa Oyunlarını tənqid etmələri ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib: “Bu sahədə ekspert deyiləm. Bununla yanaşı, hesab edirəm ki, insanların bir yerə toplaşması, belə bir tədbir təşkil etməsi və idmançıların bir-biri ilə mübarizə aparması çox yaxşı haldır”.
Y.Siart bildirib ki, Bakıda I Avropa Oyunları yaxşı təşkil olunub: “Hər şey – məşqlər, yarışlar cədvəl üzrə gedir”.