Bu yollarda hərəkət məhdudlaşdırılır

Bu yollarda hərəkət məhdudlaşdırılır backend

Aparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Ziya Bünyadov prospektinin “20 yanvar” istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qazilər.az xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.