İlk Avropa Oyunları tarixi hadisədir. Çünki ilk dəfə keçirilir. QAZİLER.AZ saytı xəbər verir ki, Trend-in məlumatına görə, bunu İsveçin boks üzrə milli yığmasının məşqçisi Santyaqo Nieva yerli mətbuata müsahibəsində belə deyib.
O bildirib ki, həm təşkilatçılıq, həm də ona olan marağa görə “Bakı 2015”i Olimpiya Oyunları hesab etmək olar: “Avropa Oyunları gələn il Rio Olimpiadası üçün çox yaxşı təcrübədir. Bütün idman növlərində olduğu kimi, boksçular üçün də yaxşı şərait yaradılıb və İsveç bu yarışlarda peşəkar boksçularla təmsil olunur".