Bakının bu ərazisində su kəsiləcək

Bakının bu ərazisində su kəsiləcək backend

Binəqədi rayonu 9-cu mikrorayon ərazisində suyun verilməsində məhdudiyyət olacaq.

Qazilər.az bildirir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 08 iyul 2020-ci il tarixində gün ərzində 9-cu mikrorayon və Zeytunluq ərazisinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.