Qarabağ qazisi Ağanın 50 illik yubileyidir - TƏBRİK

Qarabağ qazisi Ağanın 50 illik yubileyidir - TƏBRİK backend

Bu gün Qazi qardaşımız Ağanın – Ağamalı Baxşalıyevin doğum günüdür! Ağanın 50 illik yubileyidir.

Ağa Qarabağ müharibəsində, Füzulinin 23 kəndinin azad edilməsi əməliyyatında bir ayağını itirib. İki böyrəyi fəaliyyətini dayandırıb. Xanımının böyrəyinin birini ona köçürüblər! Yəni xanımı da Qazidir!

O, uzun illərdir Qarabağ qaziləri birliyinin Yasamal rayon filialına rəhbərlik edir. Ən fəal filial rəhbərlərindən biridir. Həm də çox etibarlı və sədaqətli insandır Ağa!

Qarabağ qaziləri birliyinin sədri Asəf Əliyevin adından, Qazilərimiz adından, birliyimizin kollektivi adından Ağanı təbrik edirik! Ona uzun ömür, cansağlığı arzulayırıq!

Arzu edirik növbəti ad günlərini işğaldan azad olunacaq Şuşada, Füzulidə qeyd edək!