6 boksçumuz YARIMFİNAL uğrunda

6 boksçumuz YARIMFİNAL uğrunda backend

Bu gün Avropa Oyunlarında 6 boksçumuz yarımfinal uğrunda mübarizə aparacaq. Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində Albert Səlimov bolqarıstanlı Dmitri Elianla üz-üzə gələcək. 64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayor rumıniyalı Daniel Nikulesku ilə yarımfinala çıxmaq üçün mübarizə aparacaq .

69 kq çəki dərəcəsində Pərviz Bağırov yarımfinala çıxmaq üçün almaniyalı Abass Barau səddini keçməlidir.

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev Fransa idmançısı Pol Bionqolo Ombanı ilə üz-üzə gələcək.

Qadınların 54 kq çəki dərəcəsində Anna Əlimərdanova yarımfinal uğrunda bolqarıstanlı Stanimira Petrova ilə gücünü sınayacaq.

Avropa Oyunlarında ilk görüşünə çıxacaq qitə çempionu və dünya ikincisi Yelena Vıstropova bu 64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yelena Vıstropova yarımfinala vəsiqə qazanmaq üçün Böyük Britaniya boksçusu Rayan Sandi səddini keçməlidir.

Qeyd edək ki, bir gün öncə 1/4 final qarşılaşmasına çıxan 5 boksçumuzdan 4-ü mərhələ adlayıb.
Diaspora