Fövqəladə Hallar Nazirliyi “Şuşa şəhərciyi”ndə baş verən yanğınla bağlı məlumat yayıb.
Qazilər.az nazirliyin saytına istinadən xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.