Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb backend

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qazilər.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

İndiyədək 241 nəfər bu virusdan dünyasını dəyişib, 11 291 nəfər sağalıb.

Ötən müddət ərzində 509 min 811 test aparılıb. Bugünkü test sayı isə 6846-dir.