Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib

Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib backend

Xarici İşlər Nazirliyi ABŞ-ı 4 iyul Müstəqillik günü münasibətilə təbrik edib.

Qazilər.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yazılıb.

Təbrikdə deyilir: "Biz ABŞ-ı 4 iyul Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirik. Son 30 il ərzində Azərbaycan və ABŞ-ı uğurlu əməkdaşlıq əlaqələri birləşdirib. Bu əlamətdar gündə biz dost Amerika xalqına möhkəm sağlamlıq və rifah arzu edirik".