Estoniyalı badmintonçu: “Bakıda I Avropa Oyunları yüksək səviyyədə keçir“

Estoniyalı badmintonçu: “Bakıda I Avropa Oyunları yüksək səviyyədə keçir“ backend

Bakıda I Avropa Oyunları yüksək səviyyədə keçir. QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə estoniyalı badmintonçu Raul Must deyib.


O bildirib ki, I Avropa Oyunları idman aləmində böyük hadisədir: “Oyunların təşkilatçılıq səviyyəsi çox xoşuma gəlir. Hər şey yüksək səviyyədə keçir. Heç bir problem və nöqsan yoxdur, bütün yarışlar cədvəl üzrə vaxtında başlayır ki, bu da nadir hadisədir. Ümumilikdə hər şey böyük yarışlarda necə olmalıdırsa, elədir”.

Badmintonçu qeyd edib ki, Atletlər kəndində idmançılar üçün yaxşı şərait yaradılıb: “Pekin və London olimpiadalarında da iştirak etmişəm, ancaq deyə bilərəm ki, Bakıdakı Atletlər kəndi oradakılardan geri qalmır. Badminton yarışları üçün zal yaxşı seçilib. Zalda havalandırma balanslaşdırılıb, volan hava axınının təsirinə məruz qalmır ki, bu da bu idman növündə mühüm məsələdir”.

R.Must ilk Avropa Oyunlarında medal qazanmaq istədiyini bildirib: “Əlbəttə, bu mənim arzumdur. İlk oyunda Almaniyadan olan güclü rəqibimi geridə qoydum, lakin qarşıda məni daha güclü rəqiblərlə oyun gözləyir. Çətin olacaq”.
Diaspora