Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tibbi və qeyri-tibbi masklaların kimlər tərəfindən istifadə edilə bilməsini açıqlayıb.
Qazilər.az xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəliyi bildirir ki, tibbi (həm də cərrahi) maskalar tibb işçiləri, COVİD-19 simptomlu və COVİD-19 virusuna yoluxma halı təsdiqlənmiş və ya şübhəli bilinən insanlara qulluq edən şəxslər tərəfindən istifadə eidlməlidir.Tibbi maskalar yaşı 60 və daha çox, eləcə də digər sağlamlıq problemləri olan şəxslər tərəfindən COVİD-19 virusunun geniş yayıldığı və ən azı 1 metrlik fiziki məsafə saxlanılmasının mümkün olmadığı yerlərdə istifadə edilməlidir.
Parça maskalar COVİD-19 virusunun geniş yayıldığı, ən azı 1 metrlik fiziki məsafə saxlanılmasının mümkün olmadığı yerlərdə COVİD-19 simptomu olmayan şəxslər tərəfindən istifadə edilməlidir. Bura müxtəlif şəxslərlə yaxın təmasda olan insanlar - sosial işçilər, kassir, xidmət sektorunun işçiləri də daxildir.
Parça maskalardan, həmçinin ictimai nəqliyyatda, iş yerlərində, ərzaq dükanları kimi insanların sıx toplaşdığı yerlərdə istifadə olunmalıdır.