“Artıq bir neçə gündür ki, e-təbib mobil tətbiqi tətbiq olunur”.
Qaziler.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva test verməyən insanlara koronavirus testinin müsbət olması ilə bağlı SMS-lərin gəlməsi ilə bağlı sualı cavablandırarkən bildirib.Y.Qarayeva deyib ki, insanlara artıq bir neçə gündür, SMS getmir, e-təbib üzərindən testlərin cavabları açıqlanacaq: “SMS-lə bağlı müəyyən çatışmazlıqlar olub ki, bunlar da aradan qaldırılıb”.