Bakıda keçirilən ilk Avropa Oyunları bütün gözləntiləri üstələdi.QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə italiyalı idman jurnalisti Spartako Bertoletti deyib.
O, Bakıda gördüklərindən heyrətləndiyini bildirib: “Açığı, belə bir təşkilatçılıq gözləmirdik. Çox güman, Azərbaycan Olimpiya Oyunları kimi daha böyük miqyaslı idman tədbirlərini təşkil etmək istəyəcək”.Jurnalist infrastruktur, nəqliyyat sistemi və yerləşdirmə şəraitinin də çox yaxşı olduğunu qeyd edib.
S.Bertolettinin sözlərinə görə, irimiqyaslı idman tədbiri keçirib yarışların proqramına Olimpiya və qeyri-olimpiya idman növlərini daxil etmək çox yaxşı fikirdir.
O bildirib ki, ilk Avropa Oyunları Azərbaycanı dünyada tanıdacaq: “Avropalıların bu ölkə haqqında təsəvvürləri genişlənəcək. Azərbaycanı çox bəyəndim. Çox qonaqpərvər xalqınız var. İtaliya və Azərbaycan arasında bir çox fərqin olmasına baxmayaraq, bu iki ölkənin bəzi oxşar cəhətləri də var”.