30 iyun Sevgililər gününə mahnı həsr olundu, Tacir Şahmalıoğlu ifa etdi – İLK DƏFƏ

30 iyun Sevgililər gününə mahnı həsr olundu, Tacir Şahmalıoğlu ifa etdi – İLK DƏFƏ backend

20 yanvar şəhidlərinin simvollarından biri İlham və Fərizə ailəsindən QAZİLER. AZ saytına daxil olan məlumata görə, 30 iyun Sevgililər gününə yeni bir mahnı həsr olunub.

“İlahi sevgi” adlanan mahnını Azərbaycanın tanınmış müğənnisi Tacir Şahmalıoğlu ifa edib.

Mahının sözləri yazıçı-publisist Seymur Şeydayevə, musiqisi isə Səyyad Allahverdiyevə məxsusdur.

30 iyun Sevgililər günü ilə bağlı həmin mahnını ilk dəfə təqdim edirik.



Sevgililər gününüz mübarək!

******************************

Xatırladaq ki, neçə illərdir 30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.

Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı "20 Yanvar" dairəsində vurulub.

Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəs yuxuya gedəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını yazmağa taqəti olmur.

Ruhu İlhamının ruhuna qovuşur!