Bəhram Bağırzadənin vəziyyəti tədricən yaxşılaşır

Bəhram Bağırzadənin vəziyyəti tədricən yaxşılaşır backend

Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa, tədricən yaxşılaşır.

Qazilər.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, Bəhram Bağırzadənin vəziyyətində ciddi irəliləyiş olmasa da, cüzi yaxşılaşma hiss olunur.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.