Bu gün Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinin görüşləri olacaq. Lent.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində Salman Əlizadə mübarizəyə 1/4 finaldan başlayıb. Boksçumuz ilk görüşündə irlandiyalı Brendan İrvin 1-2 hesabı ilə məğlub olub.
52 kq çəki dərəcəsində Elvin Məmişzadə 1/4 mərhələsində bolqarıstanlı Daniel Asenovla qarşılaşacaq.56 kq çəki dərəcəsində rumıniyalı Nikolae Andreiananı qalib gələn Tayfur Əliyev danimarkalı Frederik Yansenlə üz-üzə gələcək.
81 kq çəki dərəcəsində Teymur Məmmədov hollandiyalı Peter Mullenberqlə qarşılaşacaq.
+91 kq çəki dərəcəsində gürcüstanlı Mixail Baxtidzeyə qalib gələn Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə üzləşəcək.