50 Avropa ölkəsinin Olimpiya komitəsinin nümayəndə rəhbərlərinə xatirə medalları təqdim edilib

50 Avropa ölkəsinin Olimpiya komitəsinin  nümayəndə rəhbərlərinə  xatirə medalları təqdim edilib backend

İyunun 21-də Bakıda təşkil olunmuş naharı zamanı 50 Avropa ölkəsinin Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə Avropa Olimpiya Komitəsi tərəfindən xatirə medalları təqdim edilib.


APA-nın “eurolympic.org” saytına istinadən verdiyi məlumata görə, medal Birinci Avropa Oyunlarından əvvəl və sonra bu oyunların tanıdılmasında əhəmiyyətli rol oynayan şəxslərə təqdim olunub. Medalları AOK-nin prezidenti Patrik Hikki, vitse-prezident Janez Kosiyançiç, baş katib Rafael Paqnozi və İcraiyyə Komitəsinin üzvü Zlatko Matesa missiya rəhbərlərinə təqdim edib.

P. Hikki Avropa Oyunlarının missiya rəhbərlərinə bu medalları təqdim etməkdən çox şad olduğunu bildirib: “Missiya rəhbərləri, əlbəttə, bu Avropa Oyunlarında ən peşəkar insanlar arasında yer alırlar. Çox xoşbəxtəm ki, bu axşam onları bir yerə toplaya bildik və mən şəxsən öz səylərini və peşəkarlıqlarını əsirgəmədikləri üçün onlara təşəkkür edirəm. Şübhə etmirəm ki, onların Bakıda keçirilən Avropa Oyunlarında əldə etdikləri təcrübə növbəti 2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarında və əlbəttə ki, 2019-cu ildə keçiriləcək növbəti Avropa Oyunlarında hazırlıqlı olmalarına kömək edəcək”.
Diaspora