Azərbaycanda 5G texnologiyası tətbiq olunur? - Nazirlikdən açıqlama

Azərbaycanda 5G texnologiyası tətbiq olunur? - Nazirlikdən açıqlama backend

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur.

Qazilər.az bildirir ki, bu barədə "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. Verilən məlumata görə, 5G "Bakutel-2019" çərçivəsində pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.

5G-də tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.