Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan haqqında növbəti video-çarx hazırlayıb.
QAZİLER.AZ saytı xəbər verir ki, Mərkəzdən APA-ya verilən məlumata görə, çarxda “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəlinin gəlişi ilə Azərbaycanın qədim, zəngin tarixi yenidən canlandırılıb.
Təşkilatçılar bildirib ki, Bakı Media Mərkəzinin təqdim etdiyi növbəti çarx Azərbaycanın müxtəlifliyi ilə seçilən gözəl məkanları, rəngarəng adət-ənənələri, qonaqpərvər insanları haqqındadır.