Bu gün oyunları nə qədər adam izləyəcək?

Bu gün oyunları nə qədər adam izləyəcək? backend

Bu gün Azərbaycanı 304 idmançı tərk edəcək. Ümumilikdə isə bu günlərdə 1288 nəfər ölkəni tərk edəcək".


QAZİLER.AZ saytının ANS PRESS-ə istinadən məlumatına görə, bunu Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

Onun sözlərinə görə, nəqliyyat sistemi ilə bağlı problemlər minimum səviyyədədir və 90 faiz hallarda idmançılar lazımi yerlərə vaxtında çata bilirlər.

Bu gün 40 mindən çox tamaşaçının oyunları izləyəcəyi gözlənilir. Həmçinin bu gün sambo, atletika, atıcılıq yarışları başa çatacaq.

S.Kleq həmçinin bildirib ki, yarışlar başlayandan 1100-dən çox idmançı medal alıb. Azərbaycan da medal reytinqi sırasında ikincidir.
Diaspora