ABŞ-ın Azərbaycandakı səfirliyi Silahlı Qüvvələr Günü ilə bağlı təbrik edib.
Qazilər.az-ın məlumatına görə, səfirliyin rəsmi "Facebook" səhifəsində paylaşılan təbrikdə deyilir:"Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar. Birlikdə biz bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq".