Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi.
HİT.Az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən, polkovnik Ramil Əlimran oğlu Əsgərov general-mayor rütbəsi ilə təltif olunub. O, hazırda Müdafiə Nazirliyində çalışır.