Azərbaycanda müddətli həqiqi xidmət keçmiş şəxs yenidən hərbi xidmətə çağırılıb.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib.Belə ki, rayonun Adnalı kənd sakini, 1992-ci il təvəllüdlü Emil Adışirin oğlu Əmirlinin yaşadığı ünvana müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırış vərəqəsi gəlib.
E.Əmirli "Report"un bölgə müxbirinə bildirib ki, Beyləqan rayonunda "N" saylı hərbi hissədə həqi hərbi xidmətini başa vurub və təxris olunub:
"Mən Beyləqandakı hərbi hissələrdən birində 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayına qədər 18 ay müddətli həqiqi hərbi xidmət keçmişəm. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən yaşadığım evə həqiqi hərbi xidmət keçmək yenidən çağırış gəldi və hərbi xidmətə getməyim üçün ilkin tibbi müayinədən keçmək tələb olunurdu. Bu azmış kimi mənə xəbərdarlıq məktubu da göndəriblər ki, tibbi müayinədən keçməsəm 50 manat cərimə olunacağam".
Emil deyir ki, mövcud məsələ ilə bağlı hələ bir neçə il əvvəl adıçəkilən quruma hərbi xidmət keçməsi ilə bağlı məlumat verib və hərbi biletini də təqdim edib: "Buna baxmayaraq hər 3 aydan bir mənə bu çağırış vərəqəsini göndərirlər".
Qeyd edək ki, artıq Emil Əmirli mövcud faktın hüquqi çərçivədə həll olunmasından ötrü məhkəməyə müraciət etməyə hazırlaşır.