Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) nəzdində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Baza Kafedrası” yaradılıb.
QAZILER.AZ saytı xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, “Baza kafedrası” hər iki qurum arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən yaradılıb.Kafedranın yaradılmasında məqsəd ADAU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, magistr və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, “Genetika”, “Biotexnologiya”, “Virusologiya”, “Seleksiya və toxumçuluq”, “Tərəvəzçilik” və “Meyvəçilik” elmləri sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, Universitet və İnstitut arasında elmi-tədqiqat və kadr hazrlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsidir.