Teymur Mustafayevin oğlu koronavirusa yoluxması ilə bağlı xəbərə münasibət bildirdi

Teymur Mustafayevin oğlu koronavirusa yoluxması ilə bağlı xəbərə münasibət bildirdi backend

Mərhum xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayevin koronavirusa yoluxması ilə bağlı xəbər vermişdik.

Məlumat dərc edildikdən sonra xalq artistinin oğlu Minval.info-ya bildirib ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir: “Mən koronavirusa yoluxmamışam. Analiz də vermişəm və nəticəsi neqativ çıxıb. Haqqımda yayılan məlumatlar səhvdir”.

Qeyd edək ki, xalq artisti Teymur Mustafayev iyunun 11-də vəfat edib. TƏBİB-dən onun koronavirusdan vəfat etdiyi bildirilsə də, ailəsi sənətkarın şəkərli diabetdən öldüyünü açıqlayıb.