“ASAN"-dan əməkdaşlarının koronavirusa yoluxması ilə bağlı RƏSMİ CAVAB

“ASAN"-dan  əməkdaşlarının koronavirusa yoluxması ilə bağlı RƏSMİ CAVAB backend

“ASAN Xidmət əməkdaşları arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib:

“Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində koronavirus aşkarlanan əməkdaşımız yoxdur”.

Qeyd edək ki, respublikanın paytaxtı, o cümlədən digər şəhər və rayonlarda agentliyin strukturuna daxil olan ümumilikdə 19 ASAN Xidmət Mərkəzi, 2 ASAN Kommunal Mərkəzi fəaliyyət göstərir.