Deputatımız koronavirusa yoluxub - "Özümü yaxşı hiss etmirəm" - Yenilənib

Deputatımız koronavirusa yoluxub - "Özümü yaxşı hiss etmirəm" - Yenilənib backend

"İndi bir az özümü yaxşı hiss etmirəm".

Milli Məclisin deputatı Sahib Alıyev COVID-19 virusuna yoluxub.

Bu barədə "Report"a açıqlamasında 55 yaşlı deputat özü bildirib.

"Koronavirus testinin nəticəsini aldım, təəssüf ki, nəticə pozitivdir", - o, əlavə edib.

*****

Qazilər.az bildirir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O bildirib ki, bir neçə gün əvvəl koronavirus testi verib:

"Hələ ki, testin nəticəsi açıqlanmayıb. Ona görə də koronovirusa yoluxub-yoluxmamağımla bağlı heç nə deyə bilmərəm. Əgər testin nəticəsi pozitiv olsa, bununla bağlı özüm məlumat verəcəm".

Qeyd edək ki, sosial şəbəkələrdə S.Alıyevin koronavirusa yoluxması barədə məlumat yayılıb.