Bəhramın səs yazısı yayıldı - Cabir İmanov açıqladı

Bəhramın səs yazısı yayıldı - Cabir İmanov açıqladı backend

Bəhram qardaşımın vəziyyəti stabildir. Stabil deyərkən, yenə də aparatla nəfəs alır.

Müəyyən dəyişikliklər var, yaxşıya doğru. Votsapda Bəhramın yayılmış səsli mesajı köhnədir.

Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Cabir İmanov Feysbuk hesabında yazıb.

O, hazırda koronavirusdan müalicə alan həmkarı Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan səs yazısına aydınlıq gətirib:

"Xəstəxanada olarkən, koronavirusa inanmadığı vaxtda yazılıb. Ona görə bu xəstəlikdən özünüzü qoruyun. Allah bütün dualarınızı qəbul eləsin. Amin".