Parlamentdə gərginlik: Deputatla nazir bir-birini tənqid etdi

Parlamentdə gərginlik: Deputatla nazir bir-birini tənqid etdi backend

"Nə qədər adamın ünvanlı sosial yardımı kəsilib. Bu sıraya əlillər də daxildir. Onların pulu niyə kəsilməlidir ki? Dövlət bu istiqamətə pul ayırıbsa, həmin insanlara vermək lazımdır”.

Qazilər.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin iclasında səsləndirib.

Bildirib ki, ötən gün yutubda bu məsələylə bağlı video izləyib: "İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər. Həmin şəxs dövlət başçısına, birinci vitse-prezidentə müraciət edir. Bu məsələdə qənaət etmək lazım deyil.

Qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Qənaəti orada etmək lazım idi. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi.

Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaitə belə qənəat etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.

Maliyyə naziri Samir Şərifov da Qüdrət Həsənquliyevi tənqid edib. APA-nın məlumatına görə, nazir parlamentin bu gün keçirilən plenar iclasında deputatın səsləndirdiyi fikirlərlə razı olmadığını deyib:

“Deputat ya məsələlərlə tanış olmayıb, ya da başqa məqsədlər güdür. O bütün sualları ilə bağlı bizdən bütün izahatları ala bilər. Birincisi, tövsiyə edərdim ki, sui-istifadə sözündən istifadə edəndə ehtiyatlı olsun. Deputat keçən dəfə də hökumətin 3,5 milyard manat vəsaiti Milli Məclisdə müzakirəyə çıxarılmadan əhali arasında bölüşdürülməsinə etiraz eləmişdi. Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir. Burada dövlət fondları hesabına da cəlb edilən vəsaitlər var idi. Qənaət məsələsinə gəldikdə, burada stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. İlk növbədə Hesablama Palatasının rəyində göstərilənlərə baxmaq lazımdır. Şəffaflığın nəticəsi olaraq, Dövlət Sosial Müdafiə Fonduna yığımlar artıb. Burada çox sadə məntiq var. Həmin pulun icrası Sosial Müdafiə Fondu tərəfindən mümkün deyildi”.