Əhaliyə xəbərdarlıq: Bu tarixdə küçəyə çıxmayın

Əhaliyə xəbərdarlıq: Bu tarixdə küçəyə çıxmayın backend

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sakinlərə xəbərdarlıq edib.

Qazilər.az xəbər verir ki, BŞİH-dən verilən məlumata görə, paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.