Elmar Məmmədyarov çempionatın davam etdirilməsinə səs verib

Elmar Məmmədyarov çempionatın davam etdirilməsinə səs verib backend

Futbol üzrə Azərbaycan Premyer Liqasının davam etdirilməsinə səs verən AFFA-nın İcraiyyə Komitəsinin yeganə üzvünün kim olduğu bilinib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, Xarici İşlər naziri Elmar Məmmədyarovdur.

Nazir düşünüb ki, Premyer Liqanın iyunun 21-dən bərpa olunması mümkündür.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasının davam etdirilməməsi qərara alınıb. Operativ Qərargahın bugünkü qərarından sonra da belə başa düşülür ki, idman yarışlarını keçirmək qeyri-mümkün imiş.