Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 11-ci günü başlayıb.
QAZİLER.AZ saytının Trend-ə istinadən məlumatına görə, bu gün atıcılıq, atletika, badminton, boks, kamandan oxatma, sambo və voleybol üzrə yarışlar keçiriləcək.
Oyunların 11-ci günü çərçivəsində 13 dəst medal oynanılacaq: 8-i sambo, 3-ü atıcılıq, 1-i kamandan oxatma, 1-i atletikada.
Azərbaycan idmançıları gün ərzində atletika, atıcılıq, badminton, boks, sambo və voleybol yarışlarında qüvvələrini sınayacaqlar.