Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb backend

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qazilər.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, aktiv xəstə sayı 4 998 nəfərdir.

Bu gün 6 100 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 403 min 499 test aparılıb.