“Heç bir xalq bu qədər səbrlə gözləməzdi - qeyrət adamı boğur...”

“Heç bir xalq bu qədər səbrlə gözləməzdi - qeyrət adamı boğur...” backend

“Mübarizin adı hər yerdə çəkilir. Bəlkə də Mübariz kimi oğullarımız çoxdur, sadəcə bir fürsət gözləyirlər.

Sadəcə demək istəyirəm ki, Mübarizin başlatdığı yolu bizim gənclərimiz davam etdirsinlər və həsrətlə gözlədiyimiz o torpaqlara qayıdaq”

Qazilər.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında sabiq deputat, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova deyib:

“Allah rəhmət eləsin. Mübariz çox ürəkli oğlan idi, hər adam bunu bacarmazdı. Təkbaşına o cəsarətin yiyəsi olasan, adını tarixə yazdırasan. Mübarizin adı hər yerdə çəkilir. Bəlkə də Mübariz kimi oğullarımız çoxdur, sadəcə bir fürsət gözləyirlər. Sadəcə demək istəyirəm ki, Mübarizin başlatdığı yolu bizim gənclərimiz davam etdirsinlər və həsrətlə gözlədiyimiz o torpaqlara qayıdaq. Allah onun atasına-anasında səbr versin, fəxr etsinlər ki, belə bir oğul böyüdüblər. Mən onun valideynləri ilə bir tədbirdə iştirak etmişəm. Onlar nümunə olacaq bir valideyndirlər. Onların təmkini, davranışı ibrətamizdir. Belə ailələrə cəmiyyətimizdə böyük hörmət olmalıdır. Hər halda gənclərimiz ondan nümunə götürməlidirlər. Otuz ildir o torpaqların həsrətini çəkirik. Nəhayət bu torpaqda bizim mübarizlərimiz yetişməlidir. Qəhrəmanlıq an məsələsidir. Bəlkə də bu gün özünü sakit aparanlar Mübariz kimi cəsarətli uşaqlardır və sadəcə bizə belə bir fürsəti vermək lazımdır. Mən də köçkün rayonun sakini kimi belə fürsəti cənab prezidentdən gözləyirəm. Çünki düşmənimiz çox qəddardı, özü işğalçı ola-ola az qalır ki, bütün dünyaya bizi işğalçı kimi tanıtsın. Bəlkə də heç bir xalq bu qədər səbrlə gözləməzdi. Amma artıq səbrin sonu olmalıdır. Qeyrət adamı boğur”.

F.Qasımova həyat yoldaşı Şirin Mirzəyevin əmisi oğlu Mirzə Mirzəyevin dünyasını dəyişdini bildirib: “Mirzəyevlər böyük nəsildi. Mirzə bəy də vətən həsrətiylə dünyasını dəyişdi. Siz təsəvvür edin ki, bu insanlar darısqal yataqxanalarda, şəraitsiz mənzillərdə yaşadılar. İndi görün onlar nə çəkirlər”.