“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə jurnalist Namiq Həsənov təyin edilib.
Musavat.com xəbər verir ki, N.Həsənov "MediaPost"a açıqlamasında məlumatı təsdiqləyib.Qeyd edək ki, Namiq Həsənov uzun illər Nəqliyyat Nazirliyinin mətbuat katibi olub.
Xatırladaq ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov bu gün öz ərizəsi ilə işdən ayrılıb.