Portuqaliyanın record.xl.pt saytında Azərbaycanla bağlı məqalə dərc olunub. QAZİLER.AZ saytının APA-a istinadən məlumatına görə, Azərbaycan planetin ən ekzotik yerlərindən biri kimi xarakterizə olunub.
Sayta müsahibə verən portuqaliyalı velosipedçi Edqar Pinto da Bakı haqqında xoş sözlər söyləyib. O, Bakını Dubayla müqayisə edib: "Dubay kimi Bakının da nefti çoxdur. Digər bənzərliklər də var. Bizim yerləşdiyimiz Atletlər Kəndindəki evlər ərəb stilində inşa olunub. Sadəcə Dubaydakı binalar daha böyükdür".
E. Pinto Bakıda iştirak etdiyi velosiped yarışlarından da danışıb. O, mübarizənin gərgin olacağını, uğur qazanmağa çalışacaqlarını bildirib.