Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı sərt karantin günlərini Bakıdan kənarda keçirmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, ÜST rəsmisi Şimala yollanaraq, Qubada istirahət edib.O, olduğu istirahət mərkəzlərindən foto və video çəkərək sosial şəbəkədə paylaşıb.
Hande Harmancının bu addımı sosial şəbəkələrdə etirazla qarşılanıb.