Rayonlara gedənlər Bakıya qayıdır: Paytaxtın girişində böyük tıxac

Rayonlara gedənlər Bakıya qayıdır: Paytaxtın girişində böyük tıxac backend

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postunda tıxaca səbəb olub.

Qazilər.az xəbər verir ki, səhər saat 06:00-dan başlayaraq kilometrlərlə tıxac yaranıb.

Qeyd edək ki, Bakı-Quba və Bakı-Şamaxı istiqamətində də eyni vəziyyət hökm sürür.