ABŞ-ın beinsports.tv saytı Avropa oyunlarının bir həftəsinin yekunu ilə bağlı yazı dərc edib.
QAZİLER.AZ saytının APA-a istinadən məlumatına görə, 7-ci gündə daha 11 medalın qazanıldığı qeyd olunub: “Oyunlarda hələ də medal cədvəlinə Rusiya rəhbərlik edir. Onların 27 qızıl medallıq göstəricisi oyunlara ev sahibliyi edən və ikinci yerə sahib çıxan Azərbaycandan 2 dəfə çoxdur. Almaniya qızıl deyil, digər medal göstəricilərinə görə Belarusdan önə keçib və 4-cü yerdə qərarlaşıb və 1 qızıl medal az göstəricisinə görə Macarıstandan geridədir”.