Koronavirusa yoluxmuş “Təmas” regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədova sağalıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsi vasitəsilə açıqlama verib.S. Məmmədova belə yazıb:
“Mənə görə narahat olan sevimli, əziz dostlarım. Mən yaxşıyam və xəstəxanada edilən testin neqativ cavabına əsasən artıq evdəyəm. Hər kəsə dərin təşəkkürümü bildirirəm. Sizin sevginiz məni çox ruhlandırdı, əzizlərim. Bəlkə də o sevginin nəticəsidir ki, indi evdəyəm. Və söz verdiyim kimi xəstəliyin olub-olmaması, müalicə prosedurları və yayılma səbəbləri haqqında geniş yazı hazırlamışam, tezliklə ictimaiyyətə təqdim edəcəyəm”.