ABŞ-ı ayağa qaldıran polis məmuru 1 milyon dollardan çox təqaüd alacaq

ABŞ-ı ayağa qaldıran polis məmuru 1 milyon dollardan çox təqaüd alacaq backend

ABŞ-ın Minneapolis şəhərində qaradərili şəxsi öldürən polis məmurunun təxminən 1 milyon dollardan çox təqaüd ala biləcəyi açıqlanıb.

Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, ABŞ-ı ayağa qaldıran Corc Floyd cinayətinin şübhəlisi Derek Çauvin keçdiyimiz gün ilk dəfə hakim qarşısına çıxıb. Məhkəmədən sonra polis məmurunun təqaüd alıb-almayacağı ilə bağlı suallar ortaya çıxıb.

ABŞ mediasının yaydığı məlumatlara görə, Derek Çauvunin törətdiyi cinayət sübut olunsa belə 50 yaşında təqaüdə çıxacağı və 1 milyon dollardan çox təqaüd ala biləcəyi bildirilib.

Çauvunin vəkilinin mövzu ilə bağlı açıqlama vermədiyi bildirilərkən Minnesota İctimai İşçilər Təqaüdçü Birliyinin nümayəndəsi "Nə rəhbərliyimiz, nə də işçilərimiz pensiya hüquqlarını azaltmaq, rədd etmək və ya ləğv etmək gücünə sahib deyil." deyib.