Sərt karantin rejimində zibil atmaq üçün YENİLİK

Sərt karantin rejimində zibil atmaq üçün YENİLİK backend

Bakıda binaların qarşısında zibil atmaq üçün xüsusi konteynerlər yerləşdiriləcək.

Qazilər.az xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, artıq bu konteynerlərin quraşdırılması prosesinə başlanılıb. Bu konteynerlər yalnız yaxınlığında zibil qabı olmayan binaların ətrafında qoyulacaq. Bununla əlaqədar artıq 1000 konteyner ayrılıb və bunlar yalnız iki gün üçün nəzərdə tutulub”.

E.Həbibullayev əlavə edib ki, bundan öncəki sərt karantin rejimi dövründə insanlar çörəyi aşırı dərəcədə alıblar və sonrakı günlərdə onları zibil qabına atıblar: “Atılmış çörəkləri görəndə belə təəssürat yaranmışdı ki, insanlar sanki çörəyi iki günlük deyil, bir həftəlik alıblar”.