Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında boks yarışlarında 5 idmançımız mübarizə aparacaq.
QAZİLER.AZ saytı Trend-ə istinadən xəbər verir ki, bu gün Avropa Oyunlarında həm kişilər, həm də qadınlar arasında boks yarışları davam edəcək.Kristal Zalda keçirilən yarışlarda Azərbaycan boksçularından ilk olaraq rinqə ölkəmizi yüngülvari (48-51 kq) çəkidə təmsil edən Anaxanım Ağayeva çıxacaq. Onun 1/8 finaldakı rəqibi Polşa boksçusu Sandra Drabik olacaq. Görüş Bakı vaxtı ilə saat 13:15-də başlayacaq.
Rinqə çıxacaq növbəti qadın boksçumuz Leyla Cavadova olacaq. Azərbaycanı boks yarışlarında orta çəkidə (69-75 kq) təmsil edən Leylanın 1/8 finaldakı rəqibi Rusiya idmançısı Yaroslava Yakuşina olacaq. Görüş Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Kişi boksçularımızdan isə rinqə ilk olaraq Tayfur Əliyev çıxacaq. Azərbaycanı yarımyüngül çəkidə (56 kq) təmsil edən Tayfurun 1/8 finaldakı rəqibi Rumıniya boksçusu Nikolae Anderana olacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Rinqə çıxacaq növbəti kişi boksçumuz Azərbaycanı yarımağır çəkidə (81 kq) təmsil edən Teymur Məmmədov olacaq. Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçısı T.Məmmədovun 1/8 finaldakı rəqibi Polşa idmançısı Yordan Kulinski olacaq. Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Ondan dərhal sonra saat 21:45-də rinqə Azərbaycanı super ağır çəkidə (+91 kq) Olimpya oyunlarının bürünc mükafatçısı, dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. Onun rəqibi Gürcüstan boksçusu Mixeil Baxtidze olacaq.