Azərbaycanda gənc iş adamı koronavirusdan öldü - Fotolar

Azərbaycanda gənc iş adamı koronavirusdan öldü - Fotolar backend

Azərbaycanda gənc iş adamı koronavirusdan dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu haqda 34 yaşlı Fərid Əliyevin dostları sosial şəbəkədə məlumat paylaşıb.

Məlumata görə, o, Bakıda mebel şirkətinin direktoru olub.

Dostları bildiriblər ki, F.Əliyev virusa yoluxsa da, bunun adi qrip olduğunu düşünərək həkimə müraciət etməyib. Gənc iş adamı özünü evdə müalicə etməyə çalışıb. Lakin sonda vəziyyəti pisləşib və nəfəs çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, F.Əliyev ailəli olub, bir qız atası idi.
Diaspora