Bakıda I Avropa Oyunları Avropa idmanının inkişafına təkan verəcək. QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Sergey Bubka deyib
.O bildirib ki, Bakıda bütün bu günlər ərzində möhtəşəm idman bayramına şahid oluruq: “Düşünürəm ki, Avropa Olimpiya Komitəsi bu Oyunların təşkil edilməsi və keçirilməsi ilə bağlı çox mühüm qərar qəbul etdi. Artıq çoxdandır Asiya, Panamerika Oyunları var. İndi Avropa qitəsi də öz oyunlarını keçirəcək”.
S.Bubka həmçinin qeyd edib ki, Azərbaycan avropalı idmançılar üçün möhtəşəm imkanlar yaradıb.