Maaş belə hesablanacaq

Maaş belə hesablanacaq backend

Müəllimlərin əmək haqqının artırılması prosesi ölkədə qadınların məvacibinin yüksəlməsinə imkan verəcək.

QAZİLER.AZ-ın ANS TV-yə istinadən məlumatına görə, təhsil sahəsində çalışanların əksər hissəsinin qadınlar olduğunu nəzərə alsaq, iş saatlarının qaldırılmasının, "stavka"ların sayının isə azaldılması qadınlarla kişilər arasında maaş fərqinin azaldılmasına imkan verəcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir onu da əlavə edib ki, müəllimlərin əmək haqqının artırılması prosesi tezliklə bütün ölkəni əhatə edəcək.
Müəllimlərin əmək haqqının qaldırılması tezliklə bütün ölkəni əhatə edəcək.
Səlim Müslümov bu prosesin hələ ki, ancaq paytaxtda həyata keçirildiyini deyir. Onun sözlərinə görə, müəllimlərin maaşının artırılması məsələsi gələcəkdə bütün ölkə ərazisi üçün nəzərdə tutulur. Bunun üçün Təhsil Nazirliyi tərəfindən monitorinq keçiriləcək və bu monitorinqdən keçən müəllimlərin əmək haqqları yeni "stavka"lara uyğun hesablanacaq.
Diaspora